AZ

Bu müəllimlərə sertifikasiya imtahanında 60 dəqiqə əlavə vaxt verilir

Riyaziyyat, fizika, kimya fənnlərində bəzən qrafik suallar ola bilir. Həmin suallar da gözdən əlilliyi olan müəllimlər üçün yazılı suallarla əvəz edilir ki, onlar suallara cavab verə bilsinlər.

Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev bildirib.

Onun sözlərinə görə, görmə əngəlli müəllimlərimizlə bağlı əvvəlcədən Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrindən  məlumatlar toplanılır:

“Daha sonra həmin müəllimlərimiz üçün əlavə nəzarətçi təyin olunur. Həmin nəzarətçi müəllimə sualların oxunması üçün köməklik göstərir. Onlara əlavə olaraq 60 dəqiqə də vaxt verilir”.

Seçilən
17
modern.az

1Mənbələr