AZ

Çempionlar Liqasının 1/4 final mərhələsinin 4 iştirakçısı müəyyənləşib

Çempionlar Liqasının 2024/2025 mövsümünün 1/8 final mərhələsinin cavab oyunlarının ilk oyun günü başa çatıb. Oxuməni.az sizi bu gün baş tutan görüşlərin nəticələri ilə tanış olmağa dəvət edir.

Martın 11-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarının nəticələri:

“Barselona” – “Benfika” - 3:1 (ümumi 4:1);

“Bayer” – “Bavariya” - 0:2 (0:5);

“İnter” – “Feyenoord” – 2:1 (4:1);

"Liverpul" - PSJ - 0:1 (1:1, 1:4 penaltilər).

1/8 final mərhələsinin cavab oyunlarında ilk oyun gününün nəticələrinə əsasən, dörd komanda adını turnirin 1/4 finalına yazdırıb.

Kataloniyanın “Barselona”, Milanın“İnter”,Parisin “PSJ” və Münhenin “Bavariya” klubları növbəti mərhələyə yüksəliblər.

Xatırladaq ki, turnirin yekun görüşü 2025-ci il mayın 31-nə təyin edilib.

Çempionlar Liqasının hazırkı qalibi ötənilki finalda "Borussiya Dortmund"u 2:0 hesabı ilə məğlub edən "Real Madrid"dir. Qolları ispan müdafiəçi Daniel Karvaxal və braziliyalı hücumçu Vinisius Junior vurub.

Almaz Həsənli

Seçilən
2
oxumeni.az

1Mənbələr