Martın 7-də səhər saatlarında Almatı hava limanında insident baş verib.
Publika.az xəbər verir ki, təhlükəsizlik işçiləri kişidən sənədlər istəyib, bundan sonra o, qadın müfəttişə bıçaqla hücum edib. O, qadının saçından tutub və hər kəsi bomba partlatmaqla hədələyib. Lakin qısa zamanda cinayətkar zərərsizləşdirilib.
Hava limanının mətbuat xidməti bildirib ki, həmin şəxs polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Amma sonradan məlum olub ki, onun zərərsizləşdirilməsində hava limanına gələnlərdən birinin böyük rolu olub.
Dostunu təyyarə ilə yola salan 53 yaşlı keçmiş kikboksçu Musa Abdraymov cinayətkarla dialoqa girib. Əvvəlcə özünü qadın müfəttişin əvəzinə girov kimi təklif edib. Bundan sonra, uyğun anı gözləyib və bıçağı cinayətkarın əlindən alıb. Dərhal polis əməkdaşları onun köməyinə çatıb.
Abdraymov gənclik illərində idmanla məşğul olduğunu bildirib. Bu, ona ekstremal vəziyyətdə kömək edib: “Ordudan sonra əlbəyaxa döyüş, sonra kikboksinq və tay boksu ilə məşğul oldum. Mənim bəzi bacarıqlarım var."
O, qorxmadığını, amma hadisədən narahat olduğunu bildirib: "Qızı öldürsəydi nə olardı" deyə fikirləşdim. Bəs onun yerinə mənim qızım olsaydı? Qəhrəman olmaq fikrim yox idi, bir kişi kimi borcum idi. Qıza kömək etməli olduğumu hiss etdim. Əlimdən gələni etdim. Tək istəyim qızı xilas etmək idi.