AZ

UEFA Çempionlar Liqasında 1/8 finala yekun vurulur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutacaq.

Madrid “Atletiko”su doğma meydanda İspaniyanın digər təmsilçisi “Real”la üz-üzə gələcək. Bu komandalar arasında keçirilmiş ilk oyun “Real”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Fransa təmsilçisi “Lill” səfərdə heç-heçə oynadığı Dortmund “Borussiya”sı (Almaniya) ilə bu dəfə doğma meydanda üz-üzə gələcək.

Niderlandın PSV komandası İngiltərədə “Arsenal”ın qonağı olacaq. London klubu ilk oyunda darmadağına imza atdığı üçün bu oyunun formal xarakter daşıdığını demək olar.

Belçika təmsilçisi “Brügge” isə “Aston Villa”nın (İngiltərə) qonağı olacaq. Premyer Liqa təmsilçisi ilk oyunda inamlı qələbə qazandığı üçün mərhələ adlamağa daha yaxındır.

Qeyd edək ki, daha UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək. “Bayern” (Almaniya), “Barselona” (İspaniya), PSJ (Fransa) və “İnter” (İtaliya) artıq 1/4 finala vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
12 mart

21:45. “Lill” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun – 1:1.

00:00. “Atletiko” (İspaniya) – “Real” (İspaniya)
İlk oyun – 1:2.

00:00. “Arsenal” (İngiltərə) – PSV (Niderland)
İlk oyun – 7:1.

00:00. “Aston Villa” (İngiltərə) – “Brügge” (Belçika)
İlk oyun – 3:1.

Seçilən
21
34
arena.az

10Mənbələr