Bakı. Trend:
İndiyədək işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətgöstərən sahibkarların zəmanət, subsidiya mexanizmi üzrə müraciətetdikləri layihələrin sayı 22 və həmin layihələr üzrə təsdiqetdiyimiz kommersiya kreditlərinin ümumi məbləği 32,3 milyon manatolub.
Trend xəbərverir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarəHeyətinin sədrinin müavini Eldar Həmidov bu gün Bakıda keçirilən1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda deyib.
O bildirib ki, 30 ildən çoxdur ki, sahibkarların maliyyəəlçatanlığının artırılması istiqamətində fəaliyyət göstərən fondunbu müddət ərzində güzəştli kredit mexanizmi çərçivəsində ölkə üzrə52 minə yaxın sahibkara dəstək olub:
"Bu sahibkarlara verilmiş ümumi güzəştli kreditlərin həcmi 3,3milyard manatdan çox olub. İşğaldan azad olunmuş ərazilərdəinvestisiya qoyuluşlarının sürətləndirilməsinə dəstək məqsədiləhəmin ərazilərdə investisiya layihəsi həyata keçirən bank vəBOKT-lərdən əldə etdikləri kreditlərə, zəmanət və subsidiyalarlatəmin edilir. İndiyədək həmin ərazilərdə fəaliyyət göstərənsahibkarların zəmanət, subsidiya mexanizmi üzrə müraciət etdiklərilayihələrin sayı 22 və həmin layihələr üzrə təsdiq etdiyimizkommersiya kreditlərinin ümumi məbləği 32,3 milyon manat olub".