Bakı. Trend:
Səbail və Nəsimi rayonlarında oğurluq və dələduzluqda şübhəlibilinən şəxslər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.
Bildiirlib ki, Səbail rayonunda yerləşən evlərin birindənoğurluq edilməsi və nəticədə zərərçəkənə 8400 manat maddi ziyanvurulması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyənolunaraq saxlanılıb.
Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin 5000 manatınıdələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkumolunmuş, dələduzluğa görə axtarışda olan 49 yaşlı R.Rüstəmovunsaxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.