AZ

Saakaşvili dövlət büdcəsini mənimsəyib - Məhkəmə

Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini dövlət vəsaitinin mənimsənilməsi işi üzrə 9 il müddətinə azadlıqdan məhrum etmə barədə qərar çıxarıb.

Ölkə.Az “Mtavari Arxi” telekanalına istnadən xəbər verir ki, Saakaşvili hazırda deputat Valeri Gelaşvilinin döyülməsinə və Sandro Girqvlianinin qatillərinin əfv olunmasına görə 6 illik həbs cəzasını çəkir.

Məhkəmə Saakaşvilini prezidentliyi dövründə büdcə vəsaitlərinin şəxsi ehtiyaclarına xərclənməsinə icazə verməkdə təqsirli bilib. 

İttihama əsasən, o, oğlunun təhsil haqqını ödəyib, təyyarələr və bahalı avtomobillər icarəyə götürüb, şəxsi qarderobuna əşyalar alıb. Saakaşvili bu işdə 2014-cü ildə ittiham olunub. İş üzrə dəymiş ziyanın 2,9 milyon dollar  həcmində olduğu müəyyən edilib.

Mürtəza
Ölkə.Az

Seçilən
8
3
olke.az

4Mənbələr