AZ

İrəvan Bakının tələbi ilə razılaşdı: Paşinyan onu istefaya göndərib

Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvləri hesab edir ki, Beynəlxalq Cinayət Məhkəməsindəki nümayəndə Yeqişe Kirakosyanın vəzifədən azad edilməsi üçüncü tərəfin tələbi ilə olub.

Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak" nəşrinin məqaləsində qeyd edilir.

Baş nazir Nikol Paşinyan ötən həftə Milli Assambleyada Kommunist Partiyasının üzvləri ilə görüş zamanı Kirakosyanın işindən narazı olduğu üçün onu vəzifədən uzaqlaşdırdığını deyib. Hətta onun da bu məsələdə həmfikir olduğu və istefa ilə səlahiyyətlərini təhvil verməyə aylar öncədən razılaşdığı bildirilib. Paşinyan qapalı iclasda ondan nəyə görə narazı olduğunu isə açıqlamayıb.

Nəşrin məlumatına görə, partiya üzvləri baş nazirin sülh prosesi ilə bağlı son açıqlamaları fonunda Kirakosyanın Bakının tələblərinin yerinə yetirilməsinə mane olmaması üçün işdən kənarlaşdırıldığını düşünür. Belə ki, bir neçə ay öncə Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistanla qarşılıqlı şəkildə ittihamların geri götürülməsini tələb edib. İrəvan bunu sülh müqaviləsinin mətninə daxil edilməyən detallardan biri kimi dəyərləndirilib. Lakin Kirakosyanın nə Azərbaycanla danışıqlar, nə də bu tələblə bağlı fikirləri Paşinyan və hakim komanda üzvləri ilə üst-üstə düşür. İrəvanın sözügedən məsələdə Bakı ilə razılaşdığı, lakin Kirakosyanın iddiaların geri götürülməsinin əleyhinə olduğu qeyd edilir. Nəticədə isə o, prosesə mane olmaması və beynəlxalq platformalarda Azərbaycan əleyhinə kampaniya aparmaması üçün vəzifədən uzaqlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
1
olaylar.az

2Mənbələr