AZ

TÜRKLƏRİN BİRLƏŞMƏSİ RƏQİBLƏRİ QORXUDUR... - Qəvami Sadıqbəyli yazır

Rusiyanın Ukraynaya hücumuyla başlayan müharibənin uzanması dünya düzəninin dəyişməsinə səbəb oldu. Əslində isə, Ukrayna  müharibəsinin  konturları Qərbin dərin dövlətləri tərəfindən çoxdan hazırlanmışdı. Kollektiv  Qərbin  "demokratiya", "Avropa Birliyinə  üzvlük" çağrışları ukraynalıların bir hissəsini şirinikləşdirə bilmişdi.

Böyük siyasətin incəliklərini yaxşı bilməyən sadə xalq şirin vədlərə , nağıllara tez inanır. Ukraynada da belə oldu. Ukrayna vətəndaşları perespektivdə  onları nələrin gözlədiyini bilmirdi. Diğər tərəfdən isə Qərbin şirin vədlərinin əksinə olaraq, Moskva siyasətçiləri və təbliğatçılarının zor və hədə tonunda danışması da ukraynalıların qəzəbinə səbəb olurdu. Məhz bu faktorlar mahiyyət  etibarilə Rusiya-Ukrayna müharibəsini qaçılmaz etdi. 

İndi real vəziyyət  göz qabağındadır. Ukrayna  tərəfindən 1 (bir) milyon insan həlak olub; 10 milyondan çox vətəndaş ölkəni tərk edib; Ukraynanın şəhərləri, kəndləri dağılıb.

Rusiya tərəfindən də təxminən 1 (bir) milyon insan həlak olub; ölkə çox ciddi hərbi-texniki və iqtidsdi itkilərlə məruz qalb.

ABŞ -da yenidən hakimiyyətə gələn prezident  Donald Tramp  çoxlarından fərqli olaraq, ölkəsinin strategiysını, əslində isə QƏRBİN DƏRİN DÖVLƏTİNİN  hədəflərini dünyaya açıq bəyan etdi. Bu hədəflər təxminən aşağıdakılardan ibarətdir:

1. Vaşinqton  tərəfindən  Ukraynaya ayrılan 350 milyard dolları  artıqlaması ilə geri qaytarmaq.

2. Qəzzadakı  2 (iki) milyondan artıq fələstinlini  ətraf ərəb ölkələrinə köçürdərək  onların ərazisinə yiyələnmək .

3. Qrelandiya, Panama  və Kanadanı tamamilə ABŞ-ın təsiri altına salmaq .

4. Türkiyəninin  güclənməsinin  qarşısını almaq üçün onları  Suriyadan çıxartmaq .

5. Ən böyük rəqibi olan   Çinə qalib  gələ bilmək üçün  Rusiya və İranı ABŞ- dan asılı vəziyyətə salmaq.

Sabiq prezident Corc Bayden dərin dövlətin qarşıya qoyduğu vəzifənin bir hissəsini yerinə yetirdi. Rusiya ilə müharibə apara bilmək üçün ukraynalılara  350  milyard  dollar  vəsait ayırdı. Kiyevi  ABŞ-dan  asılı vəziyyətə saldı. İndi isə Qərb dərin dövləti öz proqramının icrasını Tramp administrasiyası vasitəsiylə davam etdirir. Bunun üçün isə:

- Ukrayna müharibəsi olduğu vəziyyətdə  (dondurulmalı) dayandırılmalır.

- Ukrayna Rusiya ABŞ və qismən də Avropa ölkələrinin  (xüsusiylə  İngiltərənin) nəzarəti altlna keçməlidir.

Türkiyənin  güclənməsinin qarşısını almaq üçün İran ,İsrail və Rusiyanı fəallaşdıraraq  Suruyada xaos yaradılmalı və  İsrailin işgal planına şərait yaradılmalıdır. Bu isə o deməkdir ki, əslində İran və İsrail üzdə düşmənçilik etsə də reallıqda hər iki ölkə  QƏRB DƏRİN DÖVLƏTİNİN  "şahmat  taxtasının" icraçı füqurlarıdır.

Müşahidələr  göstərir ki, Qərbin rəqiblərinə  qarşı davam etdirdiyi SƏLİB  YÜRÜŞLƏRİ  sürətini artırıb.

İkin hədəf Türklərin birləşməsinin  qarşısını almaqdır.

Qərb siyasətçiləri  tarixdən yaxşı  bilirlər ki , TÜRKLƏR  min illər boyu dünyanın  əksər ərazilərində , eləcə də Çində SÖZ SAHİBİ olublar.

Qərb dərin dövlətini qorxudan  əslində sayları 500 ( beş yüz ) milyondan artıq olan  və  haqq-ədalət uğrunda aparılan döyüşlərdən qorxmayan Türk xalqlarının  birlışib  möhtəşəm gücə çevrilməsidir.

Qəvami  SADIQBƏYLİ

Seçilən
13
hurriyyet.az

1Mənbələr