Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, dünya qanunun aliliyindən uzaqlaşaraq gücün aliliyinə doğru gedir....
Poliqon xəbər verir ki, barədə N-TV kanalı məlumat yayıb.
Kaya Kallasın fikrincə, Ukraynadakı münaqişə bu inkişafın sübutlarından biridir.
"Biz qanunun aliliyini gücün aliliyi ilə əvəz etmək cəhdlərini görürük", deyə Kaya Kallas bildirib.
O, həmçinin bildirib ki, Avropa İttifaqı beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və insan hüquqlarına hörmət etməyə çağırır. Avropa diplomatiyasının rəhbəri növbəti dəfə Rusiyanı qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb. Onun sözlərinə görə, Moskva münaqişəni hər an dayandıra bilər, lakin bunu etmir.
Poliqon.info