AZ

Baş ağrısına təbii çarə – nə cürə?

Başda müxtəlif səbəblərdən bəzən uzunmüddətli, bəzən də tez keçici ağrılar olur. Miqren isə dərmanla belə səngiməyən güclü baş ağrısı hesab edilir.

Nevropatoloqlar miqren tutmaları zamanı ağrıları xəfiflədən ənənəvi dərmanlardan başqa, təbii vasitələrin də kömək etdiyini bildirirlər. Xalq təbabəti reseptləri isə, az da olsa, öz müsbət təsirini göstərir. Fitoterapevtlər miqren ağrısını yüngülləşdirən təbii vasitələrdən istifadə qaydasını açıqlayıblar.

Bal, yaxud şəkər ilə yaşıl çay. Bu, miqren sancısını aradan qaldırmağın sürətli və əlverişli bir yoludur. Belə çayı həkimlər ilk yardım kimi də tövsiyə edirlər.

Xüsusi məhlul. 1 xörək qaşığı duz, 1 litr su, 10 millilitr kamfora spirti qarışdırılır. 1 həftə sərin yerdə saxlanılır. Şiddətli baş ağrısı başlayanda həmin məhluldan 1 çay qaşığı 1 stəkan təmiz suya əlavə edilib içilir.

Alma sirkəsi. Miqren tutmalarında qaranlıq otaqda uzanıb, boyunu, başı alma sirkəsi ilə masaj edib, eləcə də 1 stəkan suya 1 qaşıq sirkə qatıb içmək lazımdır.

Bütün bunlar ənənəvi dərmanlar kimi kömək etməsələr də, ağrıları yüngülləşdirir. Ənənəvi tibbdə isə miqrenin müalicəsi üçün müasir protokollar və yeni dərmanlar var.

Z.HÜSEYNLİ
XQ

Seçilən
1
xalqqazeti.az

1Mənbələr