AZ

Dünya çempionatının püşkü atılır: Millimiz rəqiblərini gözləyir

Bu gün minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, tədbir “Ritz Carlton Baku” otelinin “Şuşa”zalında baş tutacaq.

Mayda Bakıda təşkil olunacaq mundialın 32 iştirakçısı 8 qrupa bölünəcək. Saat 18:00-da başlayacaq püşkatmadan öncə komandalar 8 səbətə bölünüb. Əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb.

1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;

2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritanıya, Qana;

3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya;

4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.

Qeyd edək ki, püşkatma mərasimi saat 18:00-da başlayacaq.

İdman.biz

Seçilən
13
1
idman.biz

2Mənbələr