AZ

Qatara tuneldə hücum: 100 sərnişin girov götürüldü

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Kvetta şəhərindən Pişəvərə gedən qatara tuneldə silahlı hücum edilib. 

“Cebheinfo.az” xəbər verir ki, qatarda təxminən 500 sərnişin və personalın olduğu qeyd edilib. Pakistan təhlükəsizlik qüvvələri hadisəyə müdaxilə edib.

Lakin hücumçular azı 100 nəfəri girov götürüblər. Hücumda çox sayda ölən və yaralananın olduğu təxmin edilir. Bölgədəki Sibi xəstəxanasında isə fövqəladə vəziyyət elan edilib. Bölgənin dağlıq olması səbəbindən hücum edənlərin gizlənməsi daha asan olub. Hadisə terror hücumu kimi qiymətləndirilib. Pakistan ordusu terrorçuları zərərsizləşdirməyə çalışır. 

Seçilən
18
cebheinfo.az

1Mənbələr