AZ

USAID rəhbərliyi izləri silir - əməkdaşlara bütün sənədləri məhv etmək əmri verildi

Hurriyyet.az xəbər verir ki, USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi ) rəhbərliyi əməkdaşlarına sənədləri məhv etmək əmri verib.

Bu barədə "Politiko" ("Politico") nəşri məlumat verib.

USAID təşkilatının icraçı direktoru vəzifəsini icra edən Erika Karr agentliyinin Vaşinqtondakı mənzil qərargahının arxivində olan kağız sənədləri dərhal parçalara bölüb yandırmaq göstərişi verib. Məhv edilməsi nəzərdə tutulan sənədlərə məxfi seyflərdəki məlumatlar və fərdi dosyalar daxildir.

Təşkilatın idarələrinin yerləşdiyini binalar başqa orqanlara - ABŞ-ın Miqrasiya və Gömrük Polisi idarələrinə veriləcək.

Hürr Tərcüman

 

Seçilən
24
hurriyyet.az

1Mənbələr