E L A N
“AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!
“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1-ci maddəsinin tələblərini rəhbər tutaraq Cəmiyyətin bütün səhmdarlarının nəzərinə çatdırır ki, Cəmiyyətin Direktorlar Şurasının 10 mart 2025-ci il tarixli qərarına əsasən 11 aprel 2025-ci il tarixində, saat 11:00-da Cəmiyyətin Bakı şəhəri A.Bakıxanov küçəsi 6 ünvanında yerləşən “Bridge Plaza”nın 5-ci mərtəbəsindəki ofisində “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların 11 aprel 2025-ci il tarixində keçiriləcək növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1 Cəmiyyətin 2024-ci ilin maliyyə hesabatlarının təsdiqi;
2 İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər.
Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların növbədənkənar ümumi yığıncağı gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.
Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iclasın keçirilmə tarixə qədər Cəmiyyətin yuxarıda qeyd olunan ünvanda yerləşən ofisində tanış ola və öz təkliflərini verə bilərlər.


