Bakı. Trend:
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) donanmasının ölkəxaricində genişləndirilməsi Avropa Yenidənqurma və İnkişaf Bankınınprioritetlərinə (AYİB) daxildir.
Trend xəbərverir ki, bunu AYİB-in Azərbaycandakı rəhbəri Natali MouravidzeBakıda keçirilən I Milli Maliyyə Əlçatanlığı Forumundabildirib.
"Bu yaxınlarda bizim direktorlar şurası Azərbaycan üçün yaxınbeş ili əhatə edən yeni strategiyanı təsdiqləyib. Əsas prioritetlərarasında rəqabətədavamlılığın və yerli biznesin korporatividarəetməsinin gücləndirilməsi yolu ilə iqtisadi şaxələndirməyədəstək, yerli maliyyə bazarları hesabına maliyyə dayanıqlığınıninkişafı, “yaşıl” iqtisadiyyata keçidə vasitəçilik, həmçininregional rabitəliliyin yaxşılaşdırılması yer alır. Biz irimiqyaslıinvestsiyalar yolu ilə - günəş və külək enerjisindən tutmuş,ASCO-nun ölkə xaricində donanmasının genişləndiirlməsinə qədər - buməqsədləri həyata keçiririk. Lakin bizim Azərbaycandakı əsasvəzifəmiz hər zaman dəyişməz olaraq qalıb – söhbət özəl sektorundəsətklənməsindən gedir", -deyə o bildirib.
Mouravidze həmçinin qeyd edib ki, bank yerli biznesə birbaşamaliyyə dəstəyi göstərsə də, kiçik və orta sahibkarlığındəstəklənməsi üçün əsas alət – Azərbaycan bankları iləəməkdaşlıqdır.
“Yaxın illərdə bizim prioritet istiqamətlərimiz kiçik və ortabiznesdə rəqabətədavamlılığın artırılması, “yaşıl” maliyyələşməsahəsindəki təşəbbüslərin genişləndirilməsi , qadınların biznesdədəsətklənməsi, o cümlədən ölkədə gənclərin məşğulluq imkanlarınıngenişləndirilməsi olacaq”, - deyə o bankın nümayəndəsi qeydedib.