İsveçrənin “IQAir” şirkəti dünyanın ən çirkli şəhərlərini açıqlayıb.
Xüsusilə sənayeləşmənin intensiv olduğu bölgələrdə hava keyfiyyətinin əhəmiyyətli dərəcədə azaldığı bildirilsə də, hesabatda vurğulanan məlumatlar diqqəti çəkir. Belə ki, eyni şirkətin ötən il apardığı araşdırmaya görə, dünyanın ən çirkli 20 şəhərinin hamısı Asiyada yerləşirdi.
Komandanın yeni araşdırması Asiya qitəsində yerləşməyən daha bir ölkəni siyahıya əlavə edib. Asiyadan kənarda olan siyahıda yeganə şəhər Mərkəzi Afrikadan Çad olub. Hesabata görə, ən çox çirklənmiş 10 şəhərdən 6-sı Hindistandadır. Hindistanda iqtisadi artımının böyük hissəsi kömür hesabına təmin edilir və yüz milyonlarla insan tıxac və sıxlıqdan əziyyət çəkən meqapolislərdə yaşayır.
Dünyanın ən çirkli 10 şəhəri aşağıdakılardır:
- Birnihat – Hindistan;
- Dehli – Hindistan;
- Qaraqanda – Qazaxıstan;
- Mullanpur – Hindistan;
- Lahor – Pakistan;
- Faridabad- Hindistan;
- Dera İsmail Xan – Pakistan;
- Nidjamena - ÇAD;
- Loni – Hindistan;
- Yeni Dehli – Hindistan;
“AzPolitika.info”