AZ

“Qəbələ” təcrübəli futbolçuların və legionerlərin hesabına qələbə qazandı” – amma “Cəbrayıl” iki qol vurdu!

“Cəbrayıl” 17-ci turda evdə “Qəbələ”yə uduzdu – 2:3. Təbii, məğlubiyyət gözlənilən idi. Ona görə ki, “Qəbələ” liqanın aşkar favoritidi. Amma buna qədər cəmi bir qol buraxan “qırmızı-qaralar”ın autsayderlə oyunda iki dəfə məyus olması təəccüb doğurdu.

Görəsən, “Cəbrayıl” bunu necə bacardı? Komandanın baş məşqçisi Əli Muradovun “Football-plus.az”a cavabı:

“Komandamız oyuna çox gözəl köklənmişdi. Matça hazırlıq yüksək səviyyədə keçmişdi. Həftə ərzində çox yaxşı hazırlaşmışdıq. Düzgün təhlil nəticəsində oyunumuz alındı. “Qəbələ” 1-ci liqanın lideridi. Rəqib təcrübəli futbolçuların və legionerlərin hesabına qələbə qazandı. Sona qədər mübarizə apardıq. Oyunun sonlarında penalti qazandıq və növbəti qolu rəqib qapısından keçirdik”.

ƏSƏD SEYİDOV
Seçilən
16
football-plus.az

1Mənbələr