AZ

Paşinyanın partiyasına TÖVSİYƏSİ: Rahatlayın və zövq alın

Paşinyan “Mülki müqavilə” partiyasına Ermənistanın ikinci və üçüncü prezidentləri Serj Sarkisyan və Robert Koçaryan arasında gedən davaya qarışmamağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Paşinyan öz komandasını Ermənistanın ikinci və üçüncü prezidentlərinin komandalarının nümayəndələri arasında davaya qarışmamağa çağırıb.

O, onlara rahatlamağı və rəqibləri tərəfindən “gəmirilməkdən” həzz almağı təklif edib.

Onun mübahisəyə reaksiyası komandanı təəccübləndirib. Paşinyan bəyan edib ki, onu hakimiyyətə heç kim gətirməyib.

Paşinyan qeyd edib ki, “onu 2018-ci ilin zorakılıqsız, məxməri inqilabı və xalqı hakimiyyətə gətirib”.

Sonra əlavə edib ki, özü də sadəcə “xalq hakimiyyətinin müvəqqəti nümayəndəsidir” və xalq onu istədiyi zaman əvəz edəcək.

Paşinyanın partiyasından sizan məlumata görə, Gümrüyə etdiyi səfərdən sonra o, “yəqin ki, hakimiyyətin reytinqindən o qədər narahatdır ki, qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr