AZ

Suriyada İsrail də var, İran da, Rusiya da: Ancaq ABŞ yoxdursa, qalanı boş şeydir

Suriya hökuməti ilə YPG terror qruplaşması arasında razılıq sənədi imzalanıb.Sənədə YPG rəhbəri Mazlum Abdi Şahin və Suriya Prezidenti əş-Şaraa imza atıb...

Ən maraqlısı budur ki, bizim siyasi analitiklərin bəzisi iddia edir ki, bu anlaşma YPG-yə Suriyada muxtar qurum yaratmaq imkanı tanıyır.

Türkiyənin məsələyə rəsmi münasibəti isə belədir: Bu sənəd iyi sənəd deyil. Xariqə bir sənəddir. Türkiyə bu sənəddən son dərəcə məmnundur.

Gördüyünz kimi ortada kəskin fərq var.

Mənim də bildiyim odur ki, Türkiyə Suriyada işi bitib. Suriyada YPG-yə dəstək verən əsas ölkə ABŞ idi. Hə, İsrail də var, İran da, Rusiya da...var. Ancaq ABŞ yoxdursa, qalanı boş şeydir.

Türkiyə apardığı rasional siyasətin hesabına böyük işlər görür. Hazırkı Suriya rejiminə də ağıllı şəkildə proqressiv yön verir. Bu da Suriyada tərəflərin ümumi məxrəcə gəlməsinə şərait yaradır. Suriyada vəziyyət o ki, xarici müdaxilə yoxdursa və ya zəifdirsə, tərəflərin anlaşması qaçılmazdır. Türkiyə dövlət ağlı ilə Suriyada incə cərrahiyyə əməliyyatı aparır. Peşəkar səviyyədə iş görür.

Bir daha deyirəm: Suriyaya nəzarət edən Yaxın Şərqə nəzarət edir. Deməli, hazırda Yaxın Şərqə Türkiyə nəzarət edir.

Elbəyi Həsənli, Surix

visiontv.az



Seçilən
36
visiontv.az

1Mənbələr