Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 3 milyard 122,9 milyon manat vergi daxil olub.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır.
2 aylıq daxilolmaların 2 milyard 114,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 10,7 % çoxdur.