AZ

Qaşım Maqomedovun dünya reytinqindəki mövqeyi açıqlanıb

Dünya Taekvondosunun mart ayı üçün reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşım Maqomedov dünya reytinqində ikinci pillədə qərarlaşıb.

58 kq çəkidə çıxış edən idmançımız ötən siyahıdakı mövqeyini qoruyub. Qaşımın hesabında 124,32 xal var.

Qeyd edək ki, bu çəkidə Cənubi Koreya təmsilçisi Tae-Jun Park 200,00 xalla birincidir.

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr