AZ

Lavrov: Rusiya və ABŞ İranın nüvə sazişini müzakirə edib – ÖZƏL

Rusiya İranın nüvə sazişi ətrafındakı vəziyyəti ABŞ ilə müzakirə edib və avropalılarla da müəyyən təmasları saxlayır.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov amerikalı bloqçular Mario Navfal, Larri Conson və Endryu Napolitano ilə müsahibəsində bildirib.

Nazirə Rusiya və ABŞ-nin hazırda İran məsələsini müzakirə edib-etmədiyi sualı verilib. "Biz Fars körfəzi ətrafındakı vəziyyəti və İranın nüvə məsələsi ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını müzakirə etdik. Biz amerikalıların birinci Tramp administrasiyası dövründə çıxdığı ilkin proqramın bərpasının tərəfdarıyıq. Avropa tərəfi ilə də müəyyən əlaqələr var," - Lavrov qeyd edib.

Lavrov vurğulayıb ki, Rusiya BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş və Fransa, Almaniya, Böyük Britaniya, ABŞ, Rusiya, Çin və İranın iştirak etdiyi ilkin formatın bərpasını dəstəkləyir. "Görək, necə olacaq," - o əlavə edib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı saziş imzalayıb. Donald Tramp 2018-ci ildə bu sazişdən çıxıb, lakin onun varisi Co Bayden dəfələrlə ABŞ-nin sazişə qayıtmaq istədiyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr