Türkiyənin "Qalatasaray" klubu italiyalı Nikolo Zanyolonın sayəsində 26,5 milyon avro qazana bilər.

Offsideplus.az Türkiyə mətbuatına istinadən verir ki, hazırda icarə əsasında “Fiorentina”da çıxış edən 25 yaşlı futbolçu növbəti 9 oyunda ən azı 30 dəqiqə meydançada olarsa, "sarı-qırmızılılar"a 15,5 milyon avro ödənməlidiir.

2024/25 mövsümünə “Atalanta”da başlayan Zanyolo bu ilin yanvarından etibarən “bənövşəyilər”in formasını geyinir. Onun “Qalatasaray”la 2027-ci ilin yayına qədər müqaviləsi var.

İstanbul klubu hücumçunu icarəyə verdiyinə görə indiyədək artıq 11 milyon avro qazanıb.