AZ

Bu sadə yol insan ömrünü 2-3 il atrırır - HƏKİM

“Doktor Ten” kimi məşhur olan həkim, Moskva vilayəti Səhiyyə Nazirliyinin Vidnovskaya Klinik Xəstəxanasının ümumi praktikantı Zarema Ten ömrü uzatmağın iki qeyri-adi yolunu sadalayıb. Söhbət stressin müsbət təsirindən gedir.

“Cebheinfo.az” xəbər verir ki, o, nəinki immunitet sistemini gücləndirə, həm də insan ömrünü iki-üç il artıra bilər. “News.ru”-ya müsahibəsində mütəxəssis 2022-ci ildə “Nature Aging” jurnalında dərc olunmuş araşdırmaya istinad edərək, stress və krioterapiyanın biləşməsi lan “soyuq stress”in orqanizmin ümumi vəziyyətini yaxşılaşdırdığını deyib.

Həkimin sözlərinə görə, aşağı temperatura məruz qalma iltihab və stresslə mübarizə aparmağa kömək edən qoruyucu mexanizmləri işə salır. Beləliklə, gündə cəmi iki-üç dəqiqə üzünüzə soyuq su tökmək idrak funksiyasını yaxşılaşdıran və xroniki iltihabı yatıran norepinefrin istehsalını artırır: "Daim bunu etsəniz, bioloji yaşınız iki-üç il azalar".

“Kriyoterapiya, elm adamlarının kəşf etdiyi kimi, DNT-ni zədələnmədən qorumaqla əlaqəli "uzunömürlülük zülalı" FOXO3 istehsalını stimullaşdırır”, -deyə həkim əlavə edib.

Seçilən
9
cebheinfo.az

1Mənbələr