AZ

Britaniya təşəbbüsü ələ alıb: dayanmır - Lavrov

ABŞ Ukraynaya silah tədarükünü koordinasiya etmək üçün yaradılan Ramştayn formatında liderliyi britaniyalılara vermək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Co Baydenin prezidentliyi dövründə NATO ABŞ-ın rəhbərlik etdiyi Ramştayn formatında əsas rol oynayıb. İndi amerikalılar onu ingilislərə vermək istəyirlər. Avropalılar Ukraynaya silah tədarükü səylərini dayandırmırlar. Əksinə, onu artırır və getdikcə daha çox dəstək tələb edirlər”, - Lavrov bildirib.

Seçilən
12
axar.az

1Mənbələr