Futzal üzrə AÇ-2026-nın əsas seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 5-ci qrupda IV tura yekun vurulub.
Xorvatiya öz meydanında İsveçi 6:2 hesabı ilə məğlub edib. Bu, liderin ardıcıl 4-cü qələbəsi olub.
Qeyd edək ki, yığmamız səfərdə Yunanıstana 2:3 hesabı ilə uduzub.
1. Xorvatiya 4 4 0 0 19-6 12
2. Yunanıstan 4 2 1 1 9-6 7
3. Azərbaycan 4 0 2 2 9-16 2
4. İsveç 4 0 1 3 8-16 1