Bakı. Trend:
Son illərdə doğulan uşaqların 15 faizi nikahdan kənardoğulur.
Trend xəbər verir ki, bunuAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqitəminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya vəSuverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları -konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimaidinləmədə deyib.
O bildirib ki, anomaliya xəstəliyi ilə doğulan uşaqların sayında65, tallasemiya ilə doğuların sayında 86 faiz artım var.
“3 və daha çox uşağı olan ailələrin sayı getdikcə azalır.Qanunvericilikdə göstərilir ki, 5 və daha çox uşağı olan ailəçoxuşaqlı ailə hesab edilir. Gələcəkdə çoxuşaqlı ailələrin sayınınartırılması üçün bu meyar nəzərdən keçirilməlidir.
Abortların sayının artması da ciddi məsələdir. Bu, demoqrafikinkişafa ciddi problem yaradır. Qanunvericiliyi nə qədərsərtləşdirsək də, Aliment Fondunun yaradılması çox vacibdir.Borcluların əksətiyyəti işsiz, gəliri olmayan insanalardır”, - deyəT.İbrahimova qeyd edib.