AZ

Azərbaycanda boşanmaların təşəbbəskarlarının 70 faizi qadınlardır – Şöbə müdiri

Bakı. Trend:

Azərbaycanda boşanmaların təşəbbəskarlarının 70 faiziqadınlardır.

Trend xəbər verir ki, bunuAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqitəminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya vəSuverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları -konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimaidinləmədə deyib.

O bildirib ki, qadınlar boşanmalara səbəb kimi məişət zorakılığıfaktları, xarakterin uyğun olmadığını səbəb göstərirlər.

“Qəsdən adam öldürmə faktlarının 50 faizi, sağlamlığa zərərvurmafaktlarının beşdə biri ailə-məişət problemləri zəminində başverir.

Boşanmaların sayının azaldılması ilə bağlı təkliflər paketihazırlanır. Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur”, - deyəT.İbrahimova qeyd edib.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr