AZ

Pekin hökuməti Vaşinqtonun dünya okeanında olan hegamoniyasın sonlandırmaqda israrlıdır



11 Fevral – Çin donanmasına məxsus bir freqat Torres boğazından keçib. Daha sonra bu freqata iki başqa Çin hərbi gəmisi qoşularaq Mercan dənizindən hərəkət edib.
21-22 Fevral – Çin hərbi gəmiləri canlı atəş təlimləri keçirib.
4 Mart – Çin donanması Perth şəhərindən 170 dəniz mili (təxminən 315 km) məsafəyə qədər yaxınlaşıb.
7 Mart – Çin donanması şimala, İndoneziya istiqamətində hərəkət edib. Çin gəmilərinin Avstraliyanın eksklüziv iqtisadi zonası (EEZ) ərazisinə daxil olub-çıxdığı qeyd edilib.
Mövcud hərbi aktivlik Çin donanmasının genişmiqyaslı hərbi əməliyyatlara hazırlığının praktikasıdır. Təbii ki, Pekin üçün prioritet Tayvan məsələsidir və hesab edirəm ki, hazırkı aktivlik məhz ada üzərində nəzarəti bərpa etməyə hesablanıb.
Ümumi konteksdə, Çin donanmasının istehsal və inkişaf tendensiyasını nəzərə alarsaq yaxın 15 ildə əsas rəqibi ABŞ- ı bu sahədə geridə qoyacaq.
İqtisadi potensialının hərbi sahələrə transformasiyasını uğurla reallaşdıran Pekin hökuməti Vaşinqtonun dünya okeanında olan hegamoniyasın sonlandırmaqda israrlıdır.
Onların fəaliyyəti ABŞ-da diqqətlə izlənilir və təsadüfi deyil ki, prezident Donald Tramp hərbi gəmi istehsalını artıracaqlarını bildirdi. Lakin, amerikalıların Çinin istehsal sürətini keçəcəyi inandırıcı deyil. Onlar bu sahədə lider ölkədir və bu liderlik Çin Xalq hərbi dəniz qüvvələrini artıq mavi su donanması olmasını şərtləndirib.

Pərviz Mirizadə, siyasi şərhçi
Seçilən
3
newscenter.az

1Mənbələr