AZ

"2025-ci ilin yekunu üzrə cari hesab proqnozunda yaxşılaşma ehtimalı var"

Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar balansının profisiti 4.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 6.3%-ni təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar ayında xarici ticarət balansında 1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40.5% çoxdur.

Marja xəbər verir ki, bu, Mərkəzi Bankın "Faiz dəhlizinin parametrləri haqqında" başlıqlı press-relizində bildirilir.

Qeyd edilib ki, son qiymətləndirmələrə görə 2025-ci ilin yekunu üzrə cari hesab proqnozunda 2024-cü illə və daha öncəki proqnozla müqayisədə yaxşılaşma ehtimalı var.

Seçilən
13
5
marja.az

6Mənbələr