AZ

2 ayda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,2 milyard manatlıq məhsul satılıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindəistehlakçılara 9,2 milyard manatlıq, o cümlədən 5,07 milyardmanatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumatverilib.

Məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədəpərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədənərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz,qeyri-ərzaq malları üzrə 6,2 faiz artıb.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsindəaldıqları mallara xərclədiyi vəsaitin 50,0 faizi ərzaqməhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 15,1faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faiziavtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik mallarıvə mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbiləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiyaavadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digərqeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfatsubyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eynidövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndəticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2025-ci ilinyanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədəmüəssisələr üzrə 7,6 faiz, fərdi sahibkarlar üzrə 1,7 faiz, bazarvə yarmarkalarda isə 3,4 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin birnəfəri orta hesabla ayda 451,8 manatlıq, o cümlədən 247,7 manatlıqərzaq məhsulları, içkilər və tütün məmulatları, 204,1 manatlıqqeyri-ərzaq malları alıb.

Seçilən
16
11
az.trend.az

10Mənbələr