AZ

Azərbaycanda xarici valyuta ilə ən baha kreditlərin verildiyi - 5 İQTİSADİ RAYON

2025-ci il fevralın ayının 1-nə banklar tərəfindən Azərbaycan regionlarına xarici valyutada kredit qoyuluşu, o cümlədən həmin kredit məbləğlərinin orta faiz dərəcələri məlum olub.

FED.az  Mərkəzi Banka istinadən xəbər verir ki, xarici valyutada regionlara 5,54%-lə 4,4 milyard manat kredit verilib. Onun da 5,57% dərəcə ilə 768,4 milyon manatı qısamüddətli, 5,53% dərəcə ilə 3,6 milyard manatı uzun müddətli kreditlərdir.

Xarici valyutada ən baha kreditlərin verildiyi rayonlara Lənkəran-Astara iqtisadi rayonu (7,61%), Dağlıq-Şirvan iqtisadi rayonu (7,36%) , Quba-Xaçmaz iqtisadi rayonu (6,67%), Şəki-Zaqatala iqtisadi rayonu (6,64%), Mərkəzi Aran iqtisadi rayonu (6,44%) daxildir.

Xarici valyutada qısa müddətə ən baha kreditlərin verildiyi rayonlara Qazx-Tovuz iqtisadi rayonu (7,49%), Şirvan-Salyan iqtisadi rayonu (7,41%) , Dağlıq-Şirvan iqtisadi rayonu (7,12%), Qarabağ iqtisadi rayonu (7,03%), Şəki-Zaqatala iqtisadi rayonu (6.87%) daxildir.

Xarici valyutada uzun müddətə ən baha kreditlərin verildiyi rayonlar isə Lənkəran-Astara iqtisadi rayonu (7,98%), Quba-Xaçmaz iqtisadi rayonu (7,51%), Dağlıq-Şirvan iqtisadi rayonu (7,36%) , Abşeron-Xızı iqtisadi rayonu (6,73%), Şəki-Zaqatala iqtisadi rayonlarıdır (6,49%).

Seçilən
35
fed.az

1Mənbələr