AZ

Ərdoğan: Türk milləti olaraq Qüds və Fələstinə nəzarətimiz davam edir

Ərdoğan, "Türk milləti olaraq Qüds və Fələstinə nəzarətimiz davam edir. Biz bu ruhla sionist rejimin 471 günlük işğalı qarşısında Qəzzalı qardaşlarımızı tək qoymadıq"-deyə, bildirib.

Turkustan.az xəbər verir ki, Ərdoğan Beştepe Millət Sərgi Salonunda Fələstinlilərlə Qardaşlıq İftarına qatılıb.

Bildirib ki, "İsrailin 471 gündür Qəzzada törətdiyi qırğınlar bəşər tarixinə utanc verici bir ləkə kimi həkk olunub".

"Biz təkcə Qəzzada və ya İordan çayının qərb sahilində deyil, bütün bölgəmizdə sülh, əmin-amanlıq və firavanlıq istəyirik. Biz fərqli inancların, məzhəblərin və etnik ünsürlərin yan-yana yaşadığı bir bölgə arzulayırıq. Bunun üçün var gücümüzlə çalışırıq. Qonşumuz Suriyanın ərazi bütövlüyünə, onun vahid quruluşunun qorunub saxlanmasına və möhkəmlənməsinə hər zaman böyük əhəmiyyət veririk.

Suriyanı terrordan təmizləmək üçün hər cür səyi doğru addım kimi görürük. Dünən əldə olunan razılaşmanın tam şəkildə həyata keçirilməsi Suriyanın təhlükəsizliyinə və sülhünə xidmət edəcək. Bunun qalibi isə bütün suriyalı qardaşlarımız olacaq"-deyə, Türkiyə lideri bildirib.

Əlavə edib ki, "Ərəblər, türklər və kürdlər olaraq qardaşlığımızı ucaltdıqca gələcəyimizi təmin edə bilərik. Unutmayaq ki, bir-birimizin əl-qolunu tutmaqdan, möhkəm dayanmaqdan, bir-birimizin həssaslığına hörmət etməkdən başqa nicat yolu yoxdur. Allah bizi hər cür ixtilafdan, düşmənçilikdən qorusun".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
turkustan.az

1Mənbələr