AZ

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 25 %-ə yaxın azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 8,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 % az investisiya yönəldilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 32,5 %, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar 20,8 % azalıb.

İstifadə olunmuş investisiyanın 1 milyard 50,6 milyon manatı və yaxud 52,3 %-i məhsul  istehsalı  sahələrinə, 661,5 milyon  manatı və yaxud 32,9 %-i xidmət sahələrinə, 296,8 milyon manatı və yaxud 14,8 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 422,4 milyon manatını və yaxud 70,8 %-ni daxili investisiyalar təşkil edib, 1 milyard 558 milyon manatını və yaxud 77,6 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 

Seçilən
33
9
report.az

10Mənbələr