1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Snoubord üzrə dünya çempionu, avstraliyalı Belli Brokxof Gürcüstanda keçirilən Dünya Kuboku zamanı yıxılaraq onurğasını sındırıb.
Oxu.Az "ABC Australia"ya istinadən xəbər verir ki, 32 yaşlı idmançı təcili şəkildə Yunanıstanda xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Avstraliyanın Qış Olimpiya İnstitutunun baş icraçı direktoru Ceff Lipşut idmançının sağalması üçün əllərindən gələni etdiklərini bildirib.
Qeyd edək ki, B.Brokxof 2021-ci ildə dünya çempionu olub.