AZ

“Bakıda xristian girovlar” nağılı –ABŞ-da xristian liderlərinin Trampa əcaib müraciəti – ADLAR

Bir qrup xristian təşkilatları Liderləri ABŞ Prezidenti Trampa əcaib məktub göndərib.

AzPost bildirir ki, onlar müraciətdə “Azərbaycanda saxlanılan 24 xristian girovla”(??) ilə bağlı təcili tədbir görülməsinə çağırıblar.

Mətnlə tanış olan hər kəsdə ilk baxışda elə təəssürat yaranır ki, Bakıda xristianları kimlərsə girov tutub.

Amma müraciəti oxuduqca acı təəssüf hissi ortaya çıxır.

Sən demə Amerika xristian liderlərinin koalisiyasının prezident Donald Trampa göndərdiyi məktub Azərbaycanda məhkəməsi keçirilən Qarabağ separatçıları ilə bağlıdır. O şəxslər ki, onların ucbatından 1 milyondan çox azərbaycanlı dədə-baba yurdlarından qaçqın düşüb, evləri dağılıb, yurdu talan edilib. Bu gün yeni “Nürenberq prosesi”ndə bu cinayətkarların iç üzləri, əməlləri açılır, dəhşətli və qanlı maskaları yırtılır.

Qərəzli şəkildə yazılan, yalan və saxtakarlıq mesajları ilə “göz yaşı” tökən bu şəxslər müraciətlərində bir dəfə də olsun BMT tərəfindən tanınan Azərbaycanın ərazilərində 30 il işğal altında saxlamış Ermənistanın təcavüzkar siyasətini xatırlamırlar.

Məktubu imzalayanların siyahısı da maraqlıdır.

Onların içində sabiq konqresmen Sem Braunbeki görmək o qədər də təəccüblü deyil.

Lakin məşhur Şindlerin nəvəsi, “Schindler’s Ark” şirkətinin baş direktoru Rozmari Şindler Qarlounun imzası təəssüf doğurur. O, görünür yəhudiləri xilas etmiş babası Şindlerin irsini unudub: Rahibə Rozmari Xocalı soyqırımını xatırlasa idi, bu məktuba imza atmağı etiqadına yəqin ki, sığışdırmazdı.

Siyahıda USCİRF-in komissarı, doktor David Carrinin də adı var.

USCIRF xaricdə din və ya inanc azadlığına dair universal hüquqa nəzarət edən ABŞ federal hökumət komissiyasıdır. 1998-ci ildə Beynəlxalq Dini Etiqad Azadlığı Aktı (IRFA) tərəfindən yaradılıb. USCIRF Prezident, Dövlət Katibi və Konqresə siyasi tövsiyələr verir. ABŞ-Azərbaycan münasibətlərinin yeni periodu tərəfdaşlıq və dostluq prioritetləri üzərində köklənəcəyini hər iki dövlətin rəsmilər açıqlayırlar.

Belə bir zamanda komissar Karrinin imzasının bu basmaqəlib “müraciətdə” peyda olması düşündürücüdür.

Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və regional güc mərkəzi kimi söz sahibinə çevrilməsi görünür bir sıra dairələri ciddi narahat edib.

Ənənvi “erməni ağlaşması”nın yalançı tezislərinin qurbanına çevirlmiş “məktub müəllifləri” yəqin ki, dinin tələb etdiyi ədalətli olmaq və yalan danışmamağı gözəl bilirlər.

Amma təəssf ki, özlərini xristian dini liderləri adlandıran bu zatlar Azərbaycanla bağlı məsələdə gözlərini yummağa üstünlük veriblər.

Məktubu imzalayanların tam siyahısına aşağıdakılar daxildir:

Dr. Alveda Kinq – Amerika Arzusu Mərkəzinin sədri

Mişel Baxman – Robertson Hökumət Məktəbinin dekanı

Sohrab Ahmari – UnHerd ABŞ redaktoru

Rod Dreher – jurnalist və yazıçı

Troy Miller – Milli Dini Yayımların prezidenti və baş direktoru

Sean Feucht – missioner, musiqiçi, aktivist, müəllif və natiq

Wiliyam Vulf – Baptist Liderlik Mərkəzinin İcraçı Direktoru

Bob Vander Plaats -Prezident və Baş Direktor, AİLƏ Lideri

Dede Laugesen – Save Resecuted Christians təşkilatının icraçı direktoru

Suzann Bok Grisman – Mercury One, Inc. və Nazarene Fondu

Səfir Alberto Fernandez- Yaxın Şərq Media Araşdırmaları İnstitutunun vitse-prezidenti

Dr. Cim Garlou – Well Versed şirkətinin baş direktoru

Rozmari Şindler Qarlou – “Schindler’s Ark” şirkətinin baş direktoru

Dr. David Carri – USCIRF komissarı

Nadin Maenza – IRF Katibliyinin prezidenti

Dəniz Bubek – “Sav Armenia”təşkilatının idarə heyətinin üzvü

Dr. Pol Murrey – Qlobal Sülh Fondunun Beynəlxalq vitse-prezidenti

 

X.SƏFƏRLİ

Seçilən
13
azpost.info

1Mənbələr