Dünən gecə Rusiya ordusu Odessa limanını ballistik raketlərlə atəşə tutub.
“AzPolitika” teleqram kanallarına istinadla xəbər verir ki, bu barədə Odessa hərbi administrasiyası yanında ictimai şuranın sədri Serhiy Bratçuk bildirib.
Onun sözlərinə görə, vurulan raketlərdən biri taxıl yükü ilə Əlcəzairə gedən quru yük gəmisinin üzərinə düşüb. Nəticədə Suriya vətəndaşları olan 4 ekipaj üzvü həlak olub. Onların böyüyü 24, kiçiyi isə 18 yaşında olub. Daha bir nəfər yaralanıb.
Bratçuk zədələnmiş gəminin fotosunu teleqram kanalında yayıb.
“AzPolitika.info”