AZ

Səhər rutininizi dəyişəcək “5-5-5” qaydası

Səhər

Səhər zəngli saat çalır. Gözləriniz bir az şişib, yorganın isti və rahatlığı çox cazibəli gəlir və yeganə düşüncəniz: “5 dəqiqə daha...” Biz hamımız demək olar ki, hər səhər bu vəziyyətdən keçiririk.Amma ya bu 5 dəqiqəni həyatınızı dəyişdirə biləcək bir rutinlə keçirə bilsəniz? İşdə tam bu nöqtədə "5-5-5" qaydası işə düşür.Bu formula, səhərinizi daha enerjili, balanslı və motivasiyaedici etmək üçün hazırlanıb. Həm asan, həm də effektivdir, çünki idman zalına yazılmağa və ya meditasiya ustası olmağa ehtiyac yoxdur.5 dəqiqə nəfəs alınSəhərin ilk sakit anında telefonu yoxlamaq və ekranda boş-boş sürüşdürmək yerinə, özünüzə bir hədiyyə verin: Dərin nəfəs alışı. Gözlərinizi bağlayıb bir neçə dəqiqə yalnız nəfəsinizə fokuslanın. 4 saniyədə burnunuzla alın, 4 saniyə tutun, 4 saniyədə verin. Zihniniz dərhal sakitləşəcək və voila, yeni günə hazırsınız!5 dəqiqə hərəkət edinXeyr, qaçış bandına çıxmağınız və ya idman paltarları geyməyiniz tələb olunmur. Yatarkən əsnəmə hərəkətləri belə kifayətdir. Çiyinlərinizi dairəvi hərəkət etdirin, boynunuzu rahatlaşdırın, bir neçə kedi-inek pozu əlavə edin. Bütün bədəninizi oyandıracaq və əmin olun, daha enerjili hiss edəcəksiniz.5 dəqiqə gündəlik tutunBir qələm götürün (ya da telefonunuzun qeydlər hissəsini açın, bizdən eşitmiş olmayın). Əlbəttə ki, bu 5 dəqiqə ərzində o günün planlarını ajandanıza yazın və ya əvvəlki günün bütün təfərrüatlarını gündəliyinizə köçürün demirik. Sadəcə, o gün üçün şükür etdiyiniz üç şeyi yazın. Bu sizi həm pozitiv əhval-ruhiyyəyə salacaq, həm də gününüzü daha şüurlu yaşamanıza kömək edəcək.

Diqqət Çəkənlər

Ukrayna və ABŞ danışıqlarının birinci raundunun mövzuları açıqlandı

ABŞ və Ukrayna danışıqları başladı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Seçilən
13
ulusum.az

1Mənbələr