AZ

Bərdədə 10 il ərzində “ASAN xidmət”ə 3 milyondan çox müraciət qeydə alınıb (FOTO)

Bərdə. Trend:

Bərdədə 10 il ərzində “ASAN xidmət”ə 3 milyondan çox müraciətqeydə alınıb.

Trendxəbər verir ki, günlük orta müraciət sayı təxminən 1000nəfərdir.

Əlavə olaraq Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 300nəfərdən çox könüllü məzun adını qazanıb.

Qeyd edək ki, Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə12 mart 2015-ci il tarixində baş tutub.

Bərdə regional “ASAN xidmət” mərkəzi 29 mart 2015-ci iltarixində fəaliyyətə başlayıb. Mərkəz Bərdə, Tərtər, Yevlax, Ucar,Ağdam, Ağdaş, Ağcabədi, Mingəçevir, Zərdab, Goranboy, Göyçay,Naftalan, Füzuli, Laçın rayonlarında qeydiyyatda olan vətəndaşlarlayanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlaraxidmət göstərir.

Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik,məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət vəmüəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.

Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenintutumu 34 nəfərdir. Bundan başqa, uşaq əyləncə mərkəzi və ana uşaqotağı mövcuddur.

Bərdədə
Bərdədə
Bərdədə
Bərdədə
Bərdədə
Məqalədə:
Seçilən
20
7
az.trend.az

10Mənbələr