AZ

DİQQƏT: Bu məhsullar bahalaşacaq – SİYAHI

Son günlər bazarlarda bəzi məhsulların qiymətlərində bahalaşma müşahidə edilir. Alıcılar həm yerli, həm də idxal olunan məhsulların qiymətinin artmasından gileylənirlər. Qiymət artımı ilə bağlı müxtəlif səbəblər göstərilir. Bəziləri bunu bayramla əlaqələndirsələr də, süni amillərin rol oynadığını düşünənlər də az deyil. Bəs görəsən, qiymət artımında hansı amillər rol oynayır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlamasında qiymət artımının səbəblərinə toxunub:

REAL-ın

“Həmişə yeni il və novruz bayramı öncəsi qiymətlər bahalaşır. Bugün də eyni hal yaşanır. Qiymət artımının bir sıra obyektiv səbəbləri var. Mövsüm ilə əlaqədar yerli məhsullar bazarda azalır, idxal məhsulları isə artır. Bayram süfrələrinə tələb çoxaldıqca qiymət artımının şahidi oluruq. Bahalaşma aprel-may aylarının əvvəlinə kimi davam edəcək. Yerli malların bazara çıxması ilə əlaqədar yay aylarında bəzi məhsulların ucuzlaşmasını görə bilərik. Hal-hazırda isə qiymət artımını müşahidə edirik.“

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, qiymət artımının səbəbləri arasında sahibkarların qanunsuz birliyi yoxdur. Bahalaşma tələbatdan asılı məsələdir. Meyvə və tərəvəzlərin qiyməti onsuz da artıb.

Xalid

“Yanvar ayının statistikasına görə, 4 faiz meyvə, 2 faiz isə tərəvəzin qiyməti artıb. Meyvə və tərəvəzlər bir ay ərzində bahalaşıb. Ölkədə ümumiyyətlə bahalaşma müşahidə olunur. Bayram ərəfəsində süfrələri bəzəyəcək ərzaq qiymətlərinin bahalaşması ehtimalı da mövcuddur. Məsələn, çərəzlərdə bahalaşma görə bilərik. Ancaq ciddi-əhəmiyyətli qiymət artımı gözlənilmir.“

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
2
konkret.az

1Mənbələr