“Mançester Yunayted” “Portu”nun hücumçusu Samu Omorodionun transferini nəzərdən keçirir.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” ispaniyalı futbolçunu yay fasiləsində heyətinə qata bilər.
Bildirilir ki, İngiltərə nəhəngi 20 yaşlı forvardın müqaviləsindəki 99 milyon avroluq sərbəst qalma maddəsini aktivləşdirməyi planlaşdırır. Lakin “mankunianlar” bunun üçün bəzi oyunçularını satmalı olacaq.
Qeyd edək ki, “Portu”ya mövsümün əvvəlində “Atletiko”dan keçən Samu Omorodionun Portuqaliya klubu ilə müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.