AZ

Tramp yenə hədələdi: Bizim olmalısınız!

ABŞ prezidenti Donald Tramp Kanadanın Ontario əyalətinin baş naziri Doq Fordun ABŞ-a satılan elektrik enerjisinə 25 faizlik tarif tətbiq edəcəyi barədə qərarına sərt reaksiya verib.

Azreform.info  xəbər verir ki, bu barədə “Truth Social” hesabında yazan Tramp Kanadadan ABŞ-a idxal edilən bütün polad və alüminium məhsullarına əlavə 25 faiz gömrük rüsumu əlavə etməklə rüsumun həcmini 50 faizə çatdıracaqlarını açıqlayıb. 

Ontarionun ABŞ-a satılan elektrik enerjisi tariflərinin yaratdığı problemə toxunan Trump deyib ki, tezliklə o bölgədə elektrik enerjisi üçün Milli Fövqəladə Vəziyyət elan edəcək.  “Bu da ABŞ-a Kanadadan gələn bu pis niyyətli təhlükəni  azaltmaq üçün sürətlə hərəkətə keçməyə imkan verəcək", - Tramp vurğulayıb. 

O əlavə edib ki, Kanadaya ildə 200 milyard dollardan çox subsidiya verirlər: “Niyə? Bu belə davam edə bilməz. Məntiqli olan yeganə şey Kanadanın 51-ci ştatımız  olmasıdır.

Bununla da dünyanın ən böyük və ən güclü dövləti hər zamankından daha böyük və güclü olacaq və Kanada da bunun böyük bir hissəsi olacaq. O zaman Kanada hərbi baxımdan daha təhlükəsiz olacaq və sərhəd probleminin olmayacaq”.

Kanadanı təhdid edən Tramp  2 apreldə ABŞ-a gələn avtomobillərə tətbiq edilən tarifləri əhəmiyyətli dərəcədə artıracağını, həmçinin Kanadada avtomobil istehsalını birdəfəlik dayandıracağını bəyan edib.

Mürtəza
Azreform.info

Seçilən
6
2
azreform.info

3Mənbələr