Paytaxtın Səbail rayonu, Nizami küçəsində qanunsuz olaraq avtomobillər üçün bağlı olan küçəyə daxil olan və səkini zəbt edən sürücülər görüntülənib.
AzPost xəbər verir ki, bu barədə oxuculardan biri məlumat verib. Bildirilir ki, 99-SH-923, 77-PF-394, 01-BV-565 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri insanların hərəkəti üçün nəzərdə tutulmuş ərazini zəbt ediblər. Bura avtomobillər üçün bağlı küçədir, bura avtomobillər necə daxil olur? Niyə aidiyyəti qurumlar bununla bağlı ciddi tədbirlər görmür?