“Çelsi” vingeri Ceydon Sançonun çıxışından məmnun deyil.
Msport.az xəbər verir ki, “zadəganlar” mövsümün sonuna qədər “Mançester Yunayted”dən icarəyə götürülən 24 yaşlı futbolçunu heyətinə qatmağa peşmandır.
Sançonun məcburi satınalınma məbləği 25 milyon funt-sterlinq təşkil edir. Tərəflər məbləğdə razılığa gəlməsə, “Çelsi”nin iki seçimi olacaq: Ya Sançonu “Mançester Yunayted”ə qaytarıb, cərimə ödəmək, ya da onu transfer edib, dərhal satmaq.
Qeyd edək ki, futbolçu bu mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə ilə kifayətlənib.