AZ

Qanlı hücum: 5 əsgər həyatını itirdi

Kolumbiyanın cənub-qərbindəki Balboa şəhərində əsgərlərə bombalı hücum olub.

Publika.az xəbər verir ki, hücum nəticəsində 5 əsgər həyatını itirib, 6-sı yaralanıb.

Müdafiə naziri Pedro Sançez hücumu pisləyib və həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.

Bölgə qubernatoru Octavio Guzman “X” hesabında açıqlama verib: "Balboa-El Estrecho yolunda ordu hissələrimizə hücuma görə dərin təəssüf hissi keçiririk. Zorakılıq can almaqda və Kaucanın gələcəyini təhdid etməkdə davam edir".

Seçilən
15
publika.az

1Mənbələr