Formula 1 komandası “Maklaren”in rəhbərliyi gənc pilot Oskar Piastri ilə yeni müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, tərəflər bu dəfə "müddətsiz anlaşma"ya qol çəkiblər. 2026-cı ilədək olan ilk razılaşma isə qüvvədən düşüb.

23 yaşlı avstriyalı idmançı 2023-cü ildən “Maklaren”in şərəfini qoruyur.

Onun Formula 1-də ilk ciddi uğurları 2024-cü ildə olub.  Öncə Macarıstan Qran-prisindən qələbə qazanan pilot daha sonra Azərbaycanda uğurla çıxış edib.

Pisatri ötən il 19-21 sentyabr aralığında Bakıda keçiirlən yarışda hamıdan sürətli olub.