AZ

Ermənistan və Azərbaycan arasında müharibə dövrü bitib



"Ermənistan və Azərbaycan arasında müharibə dövrü bitib. Müharibə söyləntiləri erməni cəmiyyətini sülhə gətirmək üçündür".

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, bu, Ermənistan baş naziri tərəfindən də səsləndirilib ki, biz, Azərbaycanın tələblərini yerinə yetirməliyik:

"Bu, revanşist kəsimin artıq səslər çıxarmasının qarşısını almaq üçündür. Yəni, buna əməl etməsək Azərbaycan müharibə edəcək. Amma Azərbaycanın müharibə etmək fikri yoxdur. Ermənistan yaxşı başa düşür ki, onun Azərbaycanla müharibə etmək potensialı yoxdur və belə bir hərəkət Ermənistan dövlətinin sonu olacaq. Silahlanma yarışı Ermənistan üçün təhlükəli addımdır. Təbii ki, Azərbaycan Ermənistanın bütün addımlarını izləyir. Azərbaycan hesab etsə ki, Ermənistanın silahlanması təhlükəli hal alır, onda bunun qarşısını almaq üçün preventiv addımlar atacağı mütləqdir".

Azər Qasımov hesab edir ki, Ermənistan rəhbərliyi hər şeyi gözəl anlayır:

"Azərbaycanla daha bir qarşıdurmanı gözə ala bilməz. Hansısa kiçik müharibə belə iki ölkə arasında yaranmış danışıqlar mühitini də məhv edər ki, bu da Ermənistana baha başa gələr".

Süleyman
Seçilən
20
newscenter.az

1Mənbələr