AZ

Generala yeni vəzifə verildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən istefa verib.

 

Sfera.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenantı Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.

 

Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

 

FHN-in Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub.

 

Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə təyin edilmişdi. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunmuşdu.

Seçilən
15
8
sfera.az

8Mənbələr