AZ

FTX əməkdaşları generalı Moskvada saxladı

Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin keçmiş rəisi, general-mayor Aleksandr Berejnoy Moskvada saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalında məlumat verilib. 

Bildirilir ki, 49 yaşlı Berejnoy FTX əməkdaşları tərəfindən saxlanılıb. 

"Berejnoy “Neptun 550” adlı xidməti qayığın qeydiyyatdan keçməsində, saxta sənədlərdən istifadə etməkdə və ondan şəxsi məqsədlər üçün istifadə etməkdə şübhəli bilinir", - nəşr yazır.

Berejnoy 2017-ci ildə şöbə müdiri vəzifəsinə təyin edilib. O, çoxsaylı dövlət mükafatlarına, o cümlədən “İgidliyə görə”  medalına layiq görülüb. Berejnoy ötən ilin payızında şöbə müdiri vəzifəsini tərk edib.

Seçilən
19
1
unikal.az

2Mənbələr